Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Xəbərlər

30.11.2021 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

"İstanbulda qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş