Azərbaycan XİN Tacikistana başsağlığı verib

Xəbərlər

10.07.2021 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib

 

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

 

AYNA xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.

 

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, bu gün Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib. Nəticədə, 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş