Azərbaycan XİN Livana başsağlığı verib

Siyasət

05.08.2020 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb

 

“Beyrut limanında baş verən dəhşətli partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk”.

 

AYNA xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Livana verdiyi başsağlığında əksini tapıb. 

 

“Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik", - başsağlığı mətnində bildirilib. 

 

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş