Azərbaycan və Türkiyə XİN başçıları arasında təkbətək görüş olub

Xəbərlər

06.10.2020 - 14:18

cedabet dərman SEO Xidməti

Ceyhun Bayramov: "Türkiyənin bizim yanımızda olması xüsusilə xoşdur"

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilir.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabında bildirilib.

 

Nazirlər təkbətək görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçiriblər.

 

Azərbaycanın XİN başçısı C.Bayramov deyib ki, Çavuşoğlunun və nümayəndə heyətinin Azərbaycana səfəri bizim üçün Türkiyənin dəstəyini bir daha hiss etdirir: “Hər zaman sizin Azərbaycana səfəriniz bizim üçün həmrəyliyin bariz nümunəsidir. Xüsusilə mövcud vəziyyətdə Türkiyənin bizim yanımızda olması xüsusilə xoşdur. Ermənistanın Azərbaycana olan təxribatları zamanı biz Türk xalqının hərtərəfli dəstəyini görüb, hiss etdik. Bunun üçün Türkiyə xalqına və Türkiyə Respublikasına minnətdarlığımızı bildiririk”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş