Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Xəbərlər

11.10.2025 - 17:18

Məhəmməd İshaq Dar Ceyhun Bayramov ilə telefon danışığı aparıb

Pakistan Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Tərəflər Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, eyni zamanda, ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş