Nazir müavinləri etimad quruculuğu məsələlərini müzakirə ediblər
Fevralın 24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a bildirilib ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.