Nyu-Yorkda Blinkenin iştirakı ilə keçən görüş mediaya qapalı olub
ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüş başa çatıb.
AYNA xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Görüş mediaya qapalı keçirilib.