Azərbaycan və Ermənistan XİN başçıları Almatıda görüşəcəklər

Xəbərlər

29.04.2024 - 01:56

Prezident İlham Əliyev nazirlərin görüşü barədə məlumat verib

Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcək.

AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı bildirib ki, delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanması da müsbət bir addımdır.

Müəllif: Ayna.az