Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının komanda-qərargah təlimi başlayıb - FOTOLAR

Xəbərlər

23.09.2024 - 21:32

cedabet dərman SEO Xidməti

Təlimdə 3 ölkənin hərbi qulluqçuları müxtəlif tapşırıqları yerinə yetirəcəklər

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim sentyabrın 27-dək davam edəcək.

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının komanda-qərargah təlimi başlayıb - Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının komanda-qərargah təlimi başlayıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş