“Bu gün imzalanan Bakı Bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”
Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Bu gün imzalanan Bakı Bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.