Azərbaycan sərhədini pozmağa çalışan Pakistan vətəndaşları saxlanılıb

Xəbərlər

18.01.2024 - 21:20

İki nəfərin qeyri-qanuni yollarla miqrasiya etmək istədiyi müəyyən edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları 1998-ci il təvəllüdlü Wali Noor Khan və 2001-ci il təvəllüdlü Wahab Abdul Tauzeel saxlanılıblar.

Bu barədə AYNA-yaDSX-dən məlumat verilib.

Araşdırma əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş