Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşüb

Xəbərlər

24.01.2025 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Bu gün Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

İran Xarici İşlər Nazirliyinin rəsmisi ikitərəfli münasibətlərdə irəliləyişlərə işarə edərək, hər iki tərəfin razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında əlaqələrin qorunub saxlanması üçün səylərinin vacibliyini vurğulayıb.

Dəmirçilu, həmçinin hər iki ölkə liderlərinin qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş