Bu ilin ilk 10 ayında Azərbaycan Rusiyadan 521 min dollar dəyərində 78 ton iribuynuzlu mal əti idxal edib.
Dövlət Statistika Komitəsindən AYNA.AZ-a verilən məlumatına görə, Rusiyadan mal əti idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 393 min dollar və ya 43%, miqdar ifadəsilə isə 73 ton, başqa sözlə 48,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiyadan 913 min dollar dəyərində 151 ton mal əti gətirilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Rusiyadan idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 11,35 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10,31 manat idi. Bu da illik müqayisədə 1,04 manat və ya 10,1% bahalaşma deməkdir.