Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

İdman

28.05.2023 - 23:02

Turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub. AYNA xəbər verir ki, turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Oyunda “Qarabağ”ın heyətində Redon Cica, Leandro Andrade və Musa Qurbanlı, rəqib komandadan isə Runi Eva fərqləniblər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla üstələyib. “Qəbələ” “Kəpəz”lə heç-heç edib - 1:1. “Səbail” “Şamaxı”nı, “Neftçi” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

Müəllif: Ayna.az