Azərbaycan yığması Fransa ilə qarşılaşacaq

İdman

10.10.2019 - 04:27

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək

 

AYNA-nın məlumatına görə, yığma Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 4-cü matçına çıxacaq.

 

Milan Obradoviçin baş məşqçisi olduğu komanda yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa ilə görüşəcək. U-21 yığmamız bu matçı səfərdə keçirəcək.

 

Əvvəlki üç qarşılaşmada 3 xal yığan Azərbaycan millisi hesabını artırmaq üçün güclü rəqibi büdrətməlidir. İlk səfər oyununda Lixtenşteynə uduzan futbolçularımız daha güclü rəqibdən xal almaq üçün mübarizə aparacaqlar.

 

Qeyd edək ki, komanda matça itki ilə çıxacaq. Fransaya buraxılmayan Tural Bayramlı milliyə kömək edə bilməyəcək.

 

U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi


2-ci qrup


10 oktyabr


23:00. Fransa – Azərbaycan


Baş hakim: Antonio Emanuel Karvalyo Nobre


Baş hakimin köməkçiləri: Nuno Pereyra, Bruno Alves Xesus


Dördüncü hakim: Helder Malheiro (hamısı Portuqaliya)


Kale. “Stad Lepope”

Müəllif: Ayna.az