Zabit martın 10-da qaraciyər serrozundan dünyasını dəyişib
Azərbaycan Ordusunun zabiti dünyasını dəyişib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra martın 10-da qaraciyər serrozundan dünyasını dəyişib.
Nazirlik diqqətə çatdırır ki, Ermənistan mətbuatının Anar Kərimovun düşmən tərəfindən öldürülməsi barədə yaydığı məlumat yalandır.