Azərbaycan Ordusunda “İqla-S” döyüşə hazır vəziyyətə gətirilib

Xəbərlər

22.04.2024 - 10:58

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkarlanan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Müəllif: Ayna.az