Azərbaycan neftinin qiyməti ucuzlaşıb

İqtisadiyyat

17.08.2022 - 12:18

“Azeri Light”ın bir bareli 94,11 dollara satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq 93,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,89 dollar bahalaşaraq 87,42 dollar olub.

Azərbaycan neftinin isə qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 94,11 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az