Azərbaycan neftinin qiyməti 61 dolları ötüb

İqtisadiyyat

09.02.2021 - 11:28

Dünya birjalarında neftin qiyməti bahalaşır

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar artaraq 61,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 58,46 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də qalxıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 61,11 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

 

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az