Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

06.01.2022 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” 84 dollardan baha satılır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar ucuzlaşaraq 79,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,86 dollar azalaraq 76,99 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,73 dollar artaraq 84,22 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş