Azərbaycan neftinin qiyməti 95 dolları ötüb

İqtisadiyyat

04.02.2022 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Neftin qiyməti bahalaşmaqda davam edir 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 91,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 90,85 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 dollar artaraq 95,07 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha (96,65) satılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş