Hüquqi və fiziki şəxslər üçün xüsusi ləğvetmə hesabları açılıb
Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Əmanətlərin Sığortalanması Fondundan AYNA-ya verilən məlumata görə, eyni qərarla “Atabank” ASC-nin ləğvedicisi təyin edilib.
Bununla əlaqədar olaraq Fond müflis elan edilmiş “Atabank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Atabank” ASC-nin Mərkəzi Bankda açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Atabank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri aşağıdakılardır:
LPO “Atabank” ASC, VÖEN 9900006651
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ 2C
SWIFT.BIK (xarici valyuta) NABZAZ 2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944AZN
Hesablaşma hesabı AZN AZ44NABZ01350100000000055944AZN
Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR
Hesablaşma hesabı EUR AZ84NABZ01350200000000058954EUR
Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD
Hesablaşma hesabı USD AZ53NABZ01350200000000061840USD
LPO “Atabank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər. Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.
Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 497-87-00, “Qaynar xətt” – 136.
Fond həmçinin ləğv prosesində olan “Amrah Bank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə də müraciət edib. Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Amrah Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Amrah Bank” ASC-nin ləğvedicisi təyin edilib. Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Amrah Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrah Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrah Bank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “MilliÖn” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri aşağıdakılardır:
LPO “Amrah Bank” ASC, VÖEN 1400064171
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ 2C
SWIFT.BIK (xarici valyuta) NABZAZ 2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944AZN
Hesablaşma hesabı AZN AZ68NABZ01350100000000060944AZN
Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR
Hesablaşma hesabı EUR AZ50NABZ01350200000000059954EUR
Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD
Hesablaşma hesabı USD AZ87NABZ01350200000000060840USD
“Amrah Bank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər. Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrah Bank” ASC-nin baş ofisi. Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.