"Azeri Light"ın 1 barelə olan qiyməti 2,07 dollar artıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti 118 dolları ötüb.
AYNA xəbər verir ki, "Azeri Light" markalı neftin 1 barelə olan qiyməti 2,07 dollar artaraq 118,17 dollar təşkil edib.
Xatırladaq ki, bu ilin fevral ayında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, ötən illə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur.