Dünya birjalarında neft qiymətləri ucuzlaşıb
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalaraq 108,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,13 dollar ucuzlaşaraq 103,12 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,61 dollar artaraq 110,72 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.