Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

21.09.2022 - 11:38

“Azeri Light”ın bir bareli 93,73 dollara satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 91,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,28 dollar ucuzlaşaraq 84,45 dollar olub.

Azərbaycan nefti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,9 dollar azalaraq 93,73 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

 

Müəllif: Ayna.az