Neftin qiyməti yenidən ucuzlaşır

İqtisadiyyat

08.12.2020 - 11:39

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir barrelinin qiyməti 0,23 dollar geriləyib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar geriləyərək 48,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,25 dollar ucuzlaşaraq 45,51 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar geriləyərək 49,45 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az