Neftin qiyməti bahalaşır

İqtisadiyyat

28.05.2021 - 11:32

“Azeri Light” neftinin bir bareli 69,22 dollara satılır

 

Dünya birjalarında neftin qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar artaraq 69,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar bahalaşaraq 66,91 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,22 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə