Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

30.01.2024 - 11:59

Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft qiymətləri artıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 82,85 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,47 dollar artaraq 77,25 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,8 dollar və ya 0,9 faiz artaraq 87,40 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az