Bankların “qorxulu yuxusu” olan təbəqə: Onlara niyə kredit verilmir?

İqtisadiyyat

11.02.2020 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

Belə vəziyyətdə fermerlərə kredit vermək, iqtisadiyyatın prioritet sahələrini hərtərəfli dəstəkləmək vəzifəsi dövlətin üzərinə düşür

 

Yerli banklar fermer təsərrüfatlarına kredit verməkdə maraqlı deyil və bunun səbəbləri var. Ekspertlər tərəfindən dəfələrlə qeyd edilib ki, bir çox amillər fermerlərə kredit verməyə mane olur. Həmin amillər sırasında inkişaf etmiş sığorta mexanizminin olmaması, yüksək risklər, məhsuldarlığa təsir edən gözlənilməz hava şəraiti və sairi qeyd etmək olar.

 

Bundan əlavə, kənd yerlərində daşınmaz əmlakın ucuz olması kəndlilərin özəl banklar tərəfindən maliyyələşdirilməsinə ciddi maneə olan səbəblərdən biridir. Kommersiya bankları onu girov kimi qəbul etməkdən imtina edir.

 

Yüksək dərəcədə aktuallıq kəsb etdiyinə görə, qeyd olunan bu problemə “Azərbaycan regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair son konfransında toxunuldu. Dövlət başçısı, əksər hallarda bankların ölkənin bölgələrində və kənd yerlərində yerləşən əmlakı girov kimi qəbul etməmələrinə diqqət yetirdi.

 

Nəticədə fermerlərin müraciətləri rədd edilir və ya kreditlərin verilməsi prosesi ləngiyir. Eyni zamanda, kredit təşkilatları girov kimi daşınmaz əmlak tələb edir, həmin daşınmaz əmlakın dəyəri də kredit məbləğindən çox olmalıdır. Bütövlükdə kənd yerlərində fəaliyyət göstərən müəssisələrə və sahibkarlıq subyektlərinə kredit vermək dövlətin çiyinlərinə düşür.

Tanya Samsonova