Azərbaycan neftinin qiyməti 60 dollara çatır

İqtisadiyyat

04.02.2021 - 11:14

Dünya birjalarında neftin qiyməti bahalaşır

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar artaraq 58,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,39 dollar bahalaşaraq 56,08 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,03 dollar artaraq 59,51 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az