Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

13.04.2023 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin qiyməti 90 dolları ötüb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 86,96 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 82,94 dollar təşkil edib.

Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,34 dollar artaraq 90,78 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş