Azərbaycan nefti 85 dollardan baha satılır

İqtisadiyyat

07.01.2022 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,71 dollar bahalaşaraq 82,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,73 dollar artaraq 80,19 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar artaraq 85,57 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş