Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib.
AYNA.AZ xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin “Telegram” kanalında paylaşım edilib.
"Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!", paylaşımda deyilir.