Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar ayıracaq

Xəbərlər

06.03.2020 - 16:28

Həkimlər Klinikalar SEO Xidməti

ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək

 

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib: “Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”.

 

Qərargahdan o da qeyd olunub ki, ÜST ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək: “Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş