Şahin Babayev sabah torpağa tapşırılacaq
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədr müavini, AJB-nin məsul katibi Şahin Babayev vəfat edib.
AYNA.AZ xəbər verir ki, həmkarımız bu gün axşam saatlarında, 62 yaşında ürək tutmasından dünyasını dəyişib.
Vida mərasimi 12 noyabr, saat 13:00-da Heydər Məscidində təşkil olunacaq. Mərhum "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət etsin!