Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb

İdman

25.10.2023 - 17:54

Qiymətlər 5, 10, 15, 30, 50 və 200 manatdır

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb.

AYNA AFFA-ya istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VIP), 50 (VIP) və 200 (VIP) manatdır.

Azarkeşlər biletləri “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı “ASAN xidmət” mərkəzi, 2 Saylı “ASAN xidmət” mərkəzi, 3 Saylı “ASAN xidmət” mərkəzi, 4 Saylı “ASAN xidmət” mərkəzi, 1 Saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan-İsveç görüşü saat 21:00-da start götürəcək.

Müəllif: Ayna.az