İtaliya Kubokunda final matçının vaxtı açıqlanıb

İdman

04.06.2020 - 23:48

Oyunlar televiziya vasitəsilə canlı yayımlanacaq

 

İtaliya Kubokunun yarımfinal və final matçlarının vaxtı müəyyənləşib.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, İtaliyanın idman naziri Vinçentso Spadafora koronavirus pandemiyası səbəbindən təxirə salınan kubokun yarımfinal mərhələsinin iyunun 12-də bərpa olunacağını açıqlayıb.

 

Həmin gün "Yuventus"la "Milan" birincilərin meydanında üz-üzə gələcək. Ertəsi gün "Napoli" ilə "İnter" Neapolda qarşılaşacaq. Final görüşü isə iyunun 17-də reallaşacaq.

 

"Mövsümü İtaliya Kuboku ilə bərpa edəcəyik. Oyunlar televiziya vasitəsilə canlı yayımlanacaq", - deyə Spadafora ümidli danışıb.

 

Qeyd edək ki, ilk oyunlarda "Napoli" "İnter"i səfərdə 1:0 hesabı ilə məğlub edib, "Milan"la "Yuventus" Milanda qollu bərabərə (1:1) qalıb. İtaliya A seriyasında isə mövsüm iyunun 20-də bərpa olunacaq.

Müəllif: Ayna.az