Ronaldo “Çelsi”yə keçə bilər

İdman

17.06.2020 - 08:54

İngiltərə klubu portuqaliyalı forvarda 120 milyon avro təklif edə bilər

 

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo London “Çelsi”sinə keçə bilər. AYNA bildirir ki, bu barədə “Marca” xəbər verib.

 

Nəşrin məlumatına görə, İngiltərə klubu portuqaliyalı forvarda 120 milyon avro təklif edə bilər.

 

Onun 2018-ci ilin yayında İspaniya "Real"-ından "Yuventus"a transferi 117 milyon avroya başa gəlmişdi. 

 

İtaliya çempionatının cari mövsümündə Ronaldo 22 matçda iştirak edib. Onun hesabında 21 qol və 3 məhsuldar ötürmə var. Futbolçunun “Yuventus”la müqaviləsi 2022-ci ilədəkdir.

Müəllif: Ayna.az