Azərbaycan İranda konsulluq şöbəsini bərpa edib

Xəbərlər

13.12.2024 - 18:12

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, 15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.

Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:

Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5

Telefon: (+98 21) 22 59 62 90/91

Müəllif: Ayna.az