Pasport Reytinqində Azərbaycan üç pillə irəliləyərək 67-ci yerə yüksəlib
“Henley & Partners” şirkətinin yenilənmiş 2026-cı il üçün Pasport Reytinqində Azərbaycan üç pillə irəliləyərək 67-ci yerə yüksəlib.
AYNA.AZ xəbər verir ki, “Henley & Partners” şirkətinin məlumatına görə, Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız səyahət edə bilərlər.
Sinqapur yenidən ən güclü pasportlara malik ölkələr arasında birinci yeri qoruyub saxlayıb. Bu ölkənin vətəndaşları təhlil edilən 227 ölkədən 192-sinə vizasız və ya gəliş zamanı viza ilə səyahət edə bilərlər.
Reytinqin sonuncu pillələrində İraq (29 ölkə vizasız), Suriya (26 ölkə vizasız) və Əfqanıstan (24 ölkə vizasız) qərarlaşıb.
Postsovet ölkələri arasında Azərbaycan Ukraynadan (30-cu, 143 ölkəyə vizasız), Gürcüstandan (42-ci, 122 ölkəyə vizasız), Moldovadan (44-cü, 120 ölkəyə vizasız), Rusiyadan (46-cı, 113 ölkəyə vizasız), Belarusdan (60-cı, 79 ölkəyə vizasız) və Qazaxıstandan (61-ci, 78 ölkəyə vizasız) geri qalaraq 7-ci yerdədir. Azərbaycan Ermənistandan (71-ci, 66 ölkəyə vizasız), Qırğızıstan və Özbəkistandan (75-ci, 61 ölkəyə vizasız), Tacikistandan (81-ci, 54 ölkəyə vizasız) və Türkmənistandan (87-ci, 47 ölkəyə vizasız) öndədir.