AZAL təyyarəsində şassidə nasazlıq: Sankt-Peterburq hava limanına enməli oldu

Xəbərlər

20.10.2025 - 08:20

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub: xəsarət alan yoxdur

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından bildirilib.

Qeyd olunub ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

“AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir”, - deyə vurğulanıb.

Qeyd edək ki, təyyarə saat 03:40-da təhlükəsiz şəkildə eniş edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənarına çıxıb, lakin sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Enişin səbəbi şassinin sıradan çıxması olub və buna görə Bakı reysi müvəqqəti olaraq Pulkovo hava limanına enməyi tələb edib.

Nəticədə hava limanının işində fasilə yaranıb. Qısa fasilədən sonra hava limanı fəaliyyətini tam şəkildə bərpa edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş