AZAL Rusiyaya səyahət edən vətəndaşlara müraciət edib

Xəbərlər

20.08.2021 - 13:42

Sentyabrın 1-dən "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq

 

“Azərbaycan Hava Yolları” (AZAL Rusiyaya səyahət edən Azərbaycan vətəndaşlarına müraciət edib. Bu barədə AYNA-ya AZAL-dan bildirilib.

 

Qeyd edilib ki, Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almalıdırlar ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq".

 

“Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almağınızı xahiş edirik ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" (COVD-19-suz səyahət edirəm) mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq”, - deyə müraciətdə qeyd olunur.

 

Bundan əlavə, bildirilir ki, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır: “Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq. Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq”.

Müəllif: Ayna.az