AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlanacaq

Xəbərlər

29.01.2025 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir”

AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a bildirib.

“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”, - Hikmət Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş