AZAL-ın təyyarəsi qəzaya uğrayıb: Bakı-Qroznı reysində 62 sərnişin olub

Hadisə

25.12.2024 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsində sağ qalanlar var

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. AYNA xəbər verir ki, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

AZAL-dan verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində sağ qalanlar var. Bu barədə AYNA Qazaxıstan mediasına istinadən bildirir.

"Qazaxıstan FHN-in 52 canlı qüvvəsi və 11 texnikası Aktauda qəzaya uğrayan əraziyə gəlib. Hadisə yerinə çatan kimi təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıblar. Hazırda zərərçəkənlər barədə məlumat verilir. İlkin məlumatlara görə, sağ qalanlar var”, - FHN-dən bildirilib.

Nəqliyyat Nazirliyi də təyyarə qəzasına münasibət bildirib.

"Bakıdan Qroznıya uçan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur", - nazirlikdən qeyd olunub.

“Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Xüsusi araşdırma aparılacaq”, - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş