Nazir ağ ciyər xərçəngindən əziyyət çəkir
Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb. AYNA xəbər verir ki, bu barədə APA-ya Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib.
Qeyd edək ki, A.Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü bildirilirdi.