"Azad etdiyimiz ərazilərimizdən bir addım belə geri çəkilməmişik, istiqamət Qarabağdır!"

Siyasət

08.10.2020 - 20:11

Anar Eyvazov cəbhədəki son vəziyyətlə bağlı danışıb

 

“Azərbaycan Ordusu əks hücum əməliyyatı başlayandan bügünədək işğaldan azad etdiyimiz ərazilərimizdən bir addım belə geri çəkilməyib”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

"Əksinə, əməliyyat planına uyğun olaraq, bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır! Qələbə bizimlədir!", - MN sözçüsü əlavə edib.

Müəllif: Ayna.az