Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlanıb

Xəbərlər

08.04.2024 - 17:06

cedabet dərman SEO Xidməti

1576 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.04.2024 - 07.04.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 47 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 718 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1576 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş