Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. AYNA xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.
“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, - o deyib.
R.Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.