“Avtoş”luq edən sürücülər saxlanılıb

Xəbərlər

25.11.2021 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən avtomobili müvafiq sənədləri olmadan və konstruksiya dəyişikliyi edərək idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, sürücülərlə profilaktiki söhbətlər aparılıb.

Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən səkkiz sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş