Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb
Aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.
Araşdırma aparılır.